Kimsəsiz uşaqlar evində böyüyən şəxs bərbərxanada yaşayır

Kimsəsiz uşaqlar evində böyüyən şəxs bərbərxanada yaşayır
10:35 07-04-2021 | icon 42

Sosial şəbəkələrdə Mehdiabad qəsəbə sakini Bəhruz Mahmudovla bağlı görüntülər yayılıb.

Bildirilib ki, o, kimsəsiz uşaqlar evində böyüyüb və hazırda yaşayış yeri yoxdur. Hazırda B.Mahmudov bərbərxanada qalır.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ nazirliyin diqqət mərkəzindədir:

“Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının yaşaması üçün “Məzun evi” Sosial Müəssisəsi yaradılıb.

Nazirlər Kabinetinin 7 oktyabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş nizamnaməsinə əsasən müəssisəyə valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin məzunları, onların öz istəkləri nəzərə alınmaqla qəbul edilirlər. Təhsil Nazirliyi tərəfindən uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə siyahını hər tədris ilinin sonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.

Təhsil Nazirliyinin 30 iyun 2020-ci il tarixli məktubunda Bəhruz Mahmud oğlu Mahmudovun adı qeyd edilib.

“Məzun evi” Sosial Müəssisəsinin yeni korpusu istifadəyə verildikdə Bəhruz Mahmud oğlu Mahmudovun yerləşdirilmə məsələsinə növbəlilik qaydasında baxılacaq”.

 




0.35460209846497