Deputat qiymət artımını tənqid etdi

Deputat qiymət artımını tənqid etdi
11:28 09-03-2021 | icon 123

Milli Məclisin iclasında deputat Əli Məsimli Azərbaycanda qiymət artımından danışıb. 

milletinsesi.info-ın məlumatına əsasən, Ə.Məsimli bildirib ki, monopolistlər müxtəlif bəhanələrlə qiymətləri hər gün artırırlar. 

“İndi Novruz bayramı ərəfəsidir. Monopolistlər isə istəyir ki, qiymətləri bayrama görə bir az da qaldırsınlar”, - deyə Ə.Məsimli əlavə edib. 

O qeyd edib ki, Azərbaycanda monopoliyaya son qoyulmalıdır və iqtisadi azadlıqlar genişləndirilməlidir. 

Aqşin Kərimov




0.25398993492126