AQTA monitorinq keçirdi: 1000-dən çox nöqsan aşkarlandı

AQTA monitorinq keçirdi: 1000-dən çox nöqsan aşkarlandı
09:42 09-03-2021 | icon 107

Bu ilin 1-7 mart tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 22 642 monitorinq həyata keçirilib və 1109 nöqsan aşkar edilib. 

AQTA-dan verilən xəbərə görə, Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (30 nöqsan), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5 nöqsan) aşkarlanıb. 

Ən çox aşkar olunmuş nöqsanlar işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 931 (84 %), masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmamasıdır - 124 (11%). 

Ümumilikdə, 2020-ci il sentyabrın 25-dən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 55 316 monitorinq həyata keçirilib və 3210 nöqsan aşkar edilib.




9.1401920318604