Cokoviç Federerin rekordunu yeniləyib

Cokoviç Federerin rekordunu yeniləyib
08:14 09-03-2021 | icon 120

Serbiyalı tennis ustası Novak Cokoviç isveçrəli Rocer Federerin rekordunu yeniləyib.

Peşəkar Tennisçilər Assosiasiyasının saytında dərc olunmuş məlumata əsasən, Cokoviç 2011-ci ilin iyul ayından bəri ümumilikdə 311 həftə ərzində dünya tenisçilərinin reytinq cədvəlinə başçılıq edib. Öncəki 310 həftəlik rekord Federer tərəfindən müəyyən olunub.

Qeyd edək ki, serbiyalı yeni rekord münasibətilə öz vətənində atəşfəşanlıqla qarşılanıb.

Xatırladaq ki, Cokoviç karyerası ərzində 18 “Böyük dəbilqə” turnirinin qalibi olub. Ötən ayın sonu isə o, 9-cu dəfə Avstraliya açıq çempionatını qazanıb. 




0.34303903579712