Əfsanəvi basketbolçunun kolleksiya kartı hərracda rekord qiymətə satılıb - FOTO

Əfsanəvi basketbolçunun kolleksiya kartı hərracda rekord qiymətə satılıb - FOTO
13:28 08-03-2021 | icon 67

Faciəvi şəkildə həlak olmuş əfsanəvi basketbolçu Kobe Brayantın təsviri olan kolleksiya kartı hərracda rekord 1,79 milyon dollara satılıb.

Məlumat “Goldin Auctions”un rəsmi “Facebook” səhifəsində dərc edilib.

Alıcının kimliyi açıqlanmır.

Xatırladaq ki, məşhur basketbolçu Kobe Brayant və qızı Janna-Mariyanın olduğu helikopter 2020-ci il yanvarın 26-da Kaliforniyanın Kalabasas şəhərində qəzaya uğrayıb.

Helikopterin göyərtəsindəki doqquz nəfərin hamısı həlak olub.




0.23446297645569