Miqrant düşərgəsində güclü yanğın: Səkkiz nəfər ölüb, 150-dən çox yaralı var

Miqrant düşərgəsində güclü yanğın: Səkkiz nəfər ölüb, 150-dən çox yaralı var
13:14 08-03-2021 | icon 74

Yəmənin paytaxtı Sənada miqrantların qaldığı düşərgədə baş verən yanğın nəticəsində azı səkkiz nəfər ölüb, 170 nəfər yaralanıb.

Bu barədə məlumat Beynəlxalq Miqrasiya Təşkilatının Orta Şərq və Şimali Afrika üzrə regional bürosunun “Twitter” səhifəsində yerləşdirilib.

Təşkilatın yaydığı açıqlamada qeyd olunur ki, ölən miqrantların sayının çoxalacağı istisna edilmir.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. 




0.28177118301392