“Qarabağ”ın məğlub etdiyi klub ulduz futbolçunu heyətinə qatdı - FOTO/VİDEO

“Qarabağ”ın məğlub etdiyi klub ulduz futbolçunu heyətinə qatdı - FOTO/VİDEO
12:14 08-03-2021 | icon 84

İtaliyanın “Napoli” klubunun sabiq futbolçusu Marek Hamşik gözlənilməz qərar qəbul edib.

milletinsesi.info İsveç mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu son oynadığı Çinin “Dalyan Profeşnl” klubundan ayrılıb və dünən axşam saatlarında İsveçin Yöteborq şəhərinə gəlib.

Hava limanında görüntülənən Slovakiya millisinin yarımmüdafiəçisi İsveçin ən məşhur klublarından olan “Yöteborq”la müqavilə bağlayacaq. Onu hava limanında çox sayda isveçli azarkeş qarşılayıb. Bu gün futbolçu tibbi baxışından keçəcək, daha sonra müqavilə bağlayacaq.

Qeyd edək ki, Marek Hamşik 12 il oynadığı “Napoli”dən 2018/19 mövsümünün qış fasiləsində ayrılıb. O, 2019-cu ilin fevralın 14-də Çin klubu ilə 13 milyon avroluq müqaviləyə qol çəkib. Adı çəkilən komandanı bu il yanvarın 23-dək məşhur ispaniyalı mütəxəssis Rafael Benites çalışdırıb.

Onu da bildirək ki, “Yöteborq” Azərbaycan azarkeşlərinə tanış klubdur. Belə ki, Azərbaycan çempionu “Qarabağ” 2016-cı ilin avqustunda bu komandaya İsveçdə 0:1 uduzsa da, Bakıda 3:0 qalib gəlib. Nəticədə Ağdam komandası UEFA Avropa Liqasının qrup mərhələsinə növbəti dəfə vəsiqə qazanıb. 

Səbuhi Musayev




0.27139806747437