Qida Təhlükəsizliyi İnstitutundan fantastik satınalma - 48 min nəyə xərclənəcək?

Qida Təhlükəsizliyi İnstitutundan fantastik satınalma - 48 min nəyə xərclənəcək?
19:12 07-03-2021 | icon 285

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 48.869 manatlıq satınalmaya yekun vurub. Qlobal.az xəbər verir ki, İnstitutun "media xidmətlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmanın qalibi "Buludmedia" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib. 

"Buludmedia" MMC 2016-cı ildə təsis edilib.  10 manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Aşıq Molla Cümə, ev 6, mənzil 8 ünvanıdır. Cəmiyyətin qanuni təmsilçisi Cəfərov Emil Kamal oğludur. 

Maraqlıdır ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun media xidmətləri üzrə sifarişçi olduğu satınalmanın smetası bəzi nazirliklərin sözügedən xidmət üzrə sifarişçi olduqları satınalmaların smetasından qat-qat baha görünür. 

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur. İnstitun sədri Məmmədov Sadiq Ərzuman oğludur.




0.31545209884644