“Reyncers” on illik fasilədən sonra Şotlandiya çempionu oldu

“Reyncers” on illik fasilədən sonra Şotlandiya çempionu oldu
18:49 07-03-2021 | icon 53

Bir zamanların məşhur futbolçusu, “Liverpul” əfsanəsi Stiven Cerardın baş məşqçisi olduğu Qlazqonun “Reyncers” klubu Şotlandiya çempionu olub.

“Haber Global”ın məlumatına görə, komanda əsas rəqibi “Seltik”in doqquz illik təkbaşına “hakimiyyətinə” son qoyub.

Məlumata əsasən, “Seltik”in bu gün keçirilən qarşılaşmada “Dandi Yunayted”lə qolsuz heç-heçə etməsinin ardından, “Reyncers” birinciliyin bitməsinə altı tur qalmış öz çempionluğunu rəsmiləşdirib.

Beləliklə də, Qlazqo kollektivi öz tarixi ərzində 55-ci dəfə Şotlandiya çempionu titulunu qazanıb.




0.34519910812378