“Yuventus” “comeback”ə, Morata dubla sevindi - VİDEO

“Yuventus” “comeback”ə, Morata dubla sevindi - VİDEO
09:56 07-03-2021 | icon 133

İtaliya A seriyasının XXIV turunda “Yuventus” öz meydanında “Latsio”nu qəbul edib.

Qarşılaşma maraqlı və bol qollu olub.

Oyunda hesabı qonaqlar açıb. Belə ki, ilk qolu 14-cü dəqiqədə “Latsio”nun yarımmüdafiəçisi Xoakin Korrea vurub.

Buna baxmayaraq, ruhdan düşməyən meydan sahibləri “comeback” etməyi bacarıblar. Əvvəlcə 39-cu dəqiqədə Adrien Rabyo hesabı bərabərləşdirib. İlk hissə bu nəticə ilə yekunlaşıb.

İkinci hissədə isə Alvaro Moratanın benefisi ilə yadda qalıb. İspaniyalı hücumçu 57 və 60-cı dəqiqələrdə dubl edib.

Bununla da “Yuventus” xalını 52-yə çatdıraraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Latsio” isə 43 xalla yeddinci pillədədir.




0.27023911476135