Klubdan qovulması ilə barışmaq istəməyən kişi bir neçə nəfər dostu ilə müştərilərə hücum çəkib - VİDEO

Klubdan qovulması ilə barışmaq istəməyən kişi bir neçə nəfər dostu ilə müştərilərə hücum çəkib - VİDEO
05:28 07-03-2021 | icon 124

Rusiyanın Novosibirsk şəhərində yerləşən gecə klubunun müştəriləri arasında kütləvi dava baş verib.

Hadisənin görüntüləri “Telegram” kanallarında yayımlanıb.

İnsident nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.

İlkin məlumata görə, kütləvi davaya səbəb gecə klubunda spirtli içki qəbul edən şəxslərdən birinin bıçaqla ətrafdakı insanları hədələməsi olub.

Hadisə yerində olan şəxslər sərxoş kişini klubdan çıxararaq onun içəri daxil olmasına icazə verməyiblər.

Bu qadağa ilə barışmaq istəməyən kişi bir müddət sonra bir neçə dostu ilə oraya qayıdaraq klubda kütləvi dava salıb.




0.29215788841248