Azərbaycanda neçə nəfər peyvənd olunub?

Azərbaycanda neçə nəfər peyvənd olunub?
12:07 06-03-2021 | icon 144

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksin vurduran şəxslərin sayı açıqlanıb.  Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. 

Bildirilib ki, martın 5-i ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyasına qarşı  27 073 nəfər vaksinasiya olunub.  Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 390 489 nəfər peyvəndlənmə prosesində iştirak edib.  Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.




0.3115611076355