Abşeronda 28 yaşlı gənci avtomobil vurdu

00:49 06-03-2021
|
114

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Xırdalan - Novxanı yolunda qeydə alınıb.
1993-cü il təvəllüdlü Xudiyev Elman Araz oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.