Universitetdə basabas faciə ilə nəticələndi: Ölən və yaralananlar var – ANBAAN VİDEO

Universitetdə basabas faciə ilə nəticələndi: Ölən və yaralananlar var – ANBAAN VİDEO
02:42 04-03-2021 | icon 100

Boliviyada tələbə toplantısında basabas nəticəsində 21-23 yaş arası yeddi nəfər həlak olub.

Bu barədə “El Deber” xəbər yayıb.

Qurbanlardan dördü kişi, üçü qadın olub. Daha dörd tələbə travmalarla xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, gənclər yığıncaq üçün binanın beşinci mərtəbəsində dəhlizə toplaşıblar. Görüş qarşıdurmaya çevrilib, nəticədə məhəccər təzyiqə dözməyib və qırılıb. Beləliklə tələbələr 16 metr hündürlükdən yerə çırpılıblar.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.




0.43452501296997