Buffon karyerasını bitirəcəyi vaxtı açıqladı

Buffon karyerasını bitirəcəyi vaxtı açıqladı
00:21 04-03-2021 | icon 79

“Yuventus”un əfsanəvi qapıçısı Canluici Buffon karyerasını nə zaman başa vuracağı ilə bağlı açıqlama verib.

Sports.ru xəbər verir ki, “Qoca sinyora”nın qolkiperi artıq 4 ay sonra futboldan uzaqlaşa biləcəyini qeyd edib.

“Bilirsinizmi, mənim fikrinmdə bir maksimum nöqtəsi var. Ondan sonra mən dəqiq oynamayacağam. Bu 2023-cü ilin iyun ayıdır. Bu həqiqi maksimumdur. Amma mən 4 ay sonra da karyeramı bitirə bilərəm”, - deyə 43 yaşlı qapıçı bəyan edib.

Qeyd edək ki, təcrübəli çərçivə qoruyucusu cari mövsümdə İtaliya çempionatında beş matçda meydana çıxıb.




0.4542989730835