İtaliyadan xəbərdarlıq: “Britaniya ştammı” gənclərə daha çox təsir edir

İtaliyadan xəbərdarlıq: “Britaniya ştammı” gənclərə daha çox təsir edir
00:07 04-03-2021 | icon 84

İtaliyada koronavirusa görə tətbiq edilən qadağalar uzadılıb.

“Anadolu” agentliyi məlumat verir ki, bu qərarı fevralın 13-də hakimiyyətə gələn Baş nazir Mario Draqi verib.

O, COVID-19 və onun daha yoluxucu növləri ilə mübarizə aparmaq üçün yeni fərman verərək, mövcud sərt tədbirləri əlavə tədbirlərlə yeniləyib və karantin müddətini 6 aprelə qədər uzadıb.

Buna əsasən, çox yüksək riskli (qırmızı) zona elan edilən yerlərdə bütün məktəblərdə distant təhsil tətbiq ediləcək.

6 mart tarixindən etibarən qırmızı sahələrdə ticarət mağazaları, gözəllik salonları, bərbərxanalar açılmayacaq.

İtaliya Səhiyyə naziri Robert Spenza koronavirusun “Britaniya ştamı”nın gənclərə daha çox təsiri barədə xəbərdarlıq edib.




0.44779396057129