Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var
23:28 03-03-2021 | icon 98

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, Heydər Əliyev prospektində iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Səlimov Elman Vahid oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona başın yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.




0.38631892204285