Balakəndə itkin düşmüş uşağı polislər tapdılar 

Balakəndə itkin düşmüş uşağı polislər tapdılar 
18:35 03-03-2021 | icon 105

Balakən rayonunda itkin düşən azyaşlı tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini qadın altı yaşlı övladının yaşadığı ünvandan təsadüfən çıxması və axtarışlarının nəticəsiz qaldığını bildirərək tapılması üçün  köməklik göstərilməsini xahiş edib.

Polis Şöbəsinin Post Patrul Xidməti və Dövlət Yol Polisi bölməsinin əməkdaşları dərhal azyaşlının tapılması istiqamətində axtarış tədbirlərinə başlayıblar. Qısa zaman ərzində azyaşlı U.H şəhər ərazisində tapılaraq yaşadığı evində ailəsinə təhvil verilib. 

Uşağın valideynləri övladlarının tapılaraq heç bir zərər görmədən onlara təhvil verilməsinə görə DİN rəhbərliyinə və Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər. 




0.6176118850708