Peyvənd olunmayan müəllimlər cəzalandırılacaqmı?

Peyvənd olunmayan müəllimlər cəzalandırılacaqmı?
17:14 03-03-2021 | icon 237

Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məktəblərin bağlanması ilə bağlı iddialara münasibət bildirib.

milletinsesi.info-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, məktəblərin bağlanması qərarını biz vermirik: “Bu yoluxmadan asılı ola biləcək bir məsələdir”.

O qeyd edib ki, hər kəs karantin qaydalarına riayət etməlidir: “Karantin rejiminin müvəqqəti qaydaları var. Təhsil müəssisələrində tədris prosesi bu qaydalara uyğun olaraq təşkil olunur. Mütəmadi olaraq monitorinqlər keçirilir, demək olar ki, qaydalara tam şəkildə riayət edilir. Təhsil müəssisələrinin pedaqoji və texniki heyətinin vaksinasiya prosesi məcburi deyil”. 

O qeyd edib ki, təhsil işçiləri vaksinasiya prosesi üçün könüllü olaraq müraciət edirlər: “Vaksinasiyadan imtina edən müəllimlərə qarşı tənbeh və ya cəza olması barədə heç bir qərar yoxdur”.

 




0.30134391784668