Mikayıl Cabbarovdan BMT və Azərbaycan arasında imzalanmış əməkdaşlıq sənədi barəsində AÇIQLAMA

Mikayıl Cabbarovdan BMT və Azərbaycan arasında imzalanmış əməkdaşlıq sənədi barəsində AÇIQLAMA
20:14 01-03-2021 | icon 84

Xəbər verdiyimiz kimi, Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıq sənədi imzalanıb.

“Bu sənədin imzalanması həmkar qurumların, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatı ailəsinə daxil olan təşkilatların birgə fəaliyyətin nəticəsidir”.

Bu sözləri İqtisadiyyat Naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıq müqaviləsi imzalandlqdan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, sənədin əsas hədəfləri ölkəmizin milli infişaf prioritetləri ilə uyğunluq təşkil edir. 

“Bu sənəd davamlı inkişaf məqsədlərini əks etdirir. Əsas dörd istiqamətdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub. Bu istiqamətlərdən birincisi, inkluziv artımın təmin edilməsi, ikincisi göstərilən sosial xidmətlər sahəsində institutların inkişaf edilməsi, üçüncüsü müxtəlif sahələrdə gender bərabərliyinin təmin edilməsi, dördüncü olaraq isə qadınların həyatın müxtəlif sahələrində inkluzivliyinin, aktivliyinin və iştirakının təmin edilməsidir. Bu məqsədlə müvafiq işçi qrupları və idarəedici komitə yaradılacaq”.




0.38216018676758