Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi

Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
19:21 01-03-2021 | icon 1475

Göygöl Rayon Yol Polis bölməsinə rəis təyin edilib. 

milletinsesi.info xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə baş leytenant Rəşad Məmişov təyin edilib.

Qeyd edək ki, Rəşad Məmişov daha əvvəl Daşkəsən rayonu Dövlət Yol Polisinin baş inspektoru vəzifəsində çalışıb.

Bundan başqa, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmrinə əsasən, polis polkovnik-leytenantı Zaur Qədirov Quba rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Suraxanı RPİ-nin ictimai təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bu təyinatadək həmin şöbənin rəisi Vüqar Abbasov idi.




0.26004886627197