Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır: Pozuntular aşkarlandı

Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır: Pozuntular aşkarlandı
10:28 01-03-2021 | icon 926

Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır. Bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, aparılan yoxlamalar nəticəsində bəzi pozuntular aşkarlanıb. Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamaların aparılması faktını təsdiqləyib: “Yoxlamaların nəticələri barədə əlavə məlumatlar veriləcək”.

Aralılan yoxlama ilə bağlı QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyev bildirib: 

"Təəssüflər olsun ki, bəzi adamlar bu məsələni siyasiləşdirir. Bədxahlar gözləyirlər ki, fürsət düşən kimi ictimai bir şəxsə qarşı kampaniyaya başlasınlar. Bu da onlar üçün bir fürsətdir. Görünür bunlar bu hadisədən istifadə edib mənə qarşı kampaniya hazırlamağa başlayırlar. Hesab edirəm ki, buna cəhd etməsinlər və bunun mənası yoxdur. Hər bir şey qanun çərçivəsində aparılır.

Şurada aparılan yoxlamalar şəffaf, aşkar və planlaşdırılmış bir yoxlamadır. Bu, təkcə Şurada aparılmır. Yenə də deyirəm ki, Hesablama Palatasının apardığı yoxlama nöqsan aşkarlamaqdan ibarətdir. Bu onların vəzifəsidir. Ona görə bura gəliblər. Gəlməyiblər ki, kimi isə tərifləsinlər. Yaxud da onun işini ölçməməyə və bizi yüksək səviyyədə təqdim etməyə.

Hər bir təşkilatda nöqsan ola bilər. Şurada bu məsələyə cavabdeh olan maliyyə qurumu və yaxud katiblik bütün məsələləri nəzərə almağa hazırdır. Yəqin ki, aşkarlanan nöqsanlar aradan qaldırılacaq. Növbəti ildə bu məsələlər daha da tənzimlənəcək. Yoxlamaları mənim şəxsimə gətirilməsi, bunun mənimlə bağlanması məqsədyönlü şəkildə ola bilər."

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.




0.4741849899292