Cahangir Əsgərov 2 aydır ki, AZAL-ın işçilərin maaşların vermir?!

Cahangir Əsgərov 2 aydır ki, AZAL-ın işçilərin maaşların vermir?!
13:34 28-02-2021 | icon 1952

“AZAL-ın işçiləri yazırlar ki, 2 aydır ki, maaşlarını ala bilmirlər. Baxmayaraq ki, AZAL pandemiya zamanı da bəhrələnənlərdən olub”.

“MillətinSəsi.info” xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu deyib.

Bildirib ki, Maliyyə Nazirliyi ötən ilin büdcəsindən AZAL-a pandemiyanın neqativ təsirlərini neytrallaşdırmaq üçün 86,9 milyon manat köçürüb: 

“AZAL bazarda hökmran mövqeyini saxlayaraq İstanbula uçuşa artan tələbatdan sui-istifadə edərək, gediş gəliş biletini dəfələrlə bahalaşdırıb. AZAL pandemiyadan əvvəl səfər etmək istəyənlərin ödədiyi vəsaiti indiyə qədər geri qaytarmayıb. Bəlkə də Cahangir Əsgərov AZAL-ın işçilərinin əmək haqlarını qəsdən vermir ki, bu ilin büdcəsindən də maliyyə yardımı alsın”.

İqtisadçı hamını bu vəziyyətə etraz etməyə səsləyib: “Sizi aşağıdakı kampaniyaya qoşulmağa, bu postu maksimum paylaşmağa dəvət edirəm.

AZAL-ın monopoliyasına son! Həqiqi rəqabət mühiti üçün ölkəyə başqa aviaşirkətlərin buraxılması səlahiyyəti AZAL-dan alınsın! Rəqabətli mühit, ucuz biletlər istəyirik”.

AZAL-ın ziyanla işləməsini mümkünsüz hesab edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda sərnişindaşımanın az qala 98 faizə yaxını AZAL vasitəsi ilə həyata keçirilir. Hətta bir çox şirkətlərə də Azərbaycandan uçuş edərkən AZAL-la birlikdə fəaliyyət göstərməsi məcburiyyəti var:

“Əslində Azərbaycan aviaşirkətlərinin ziyanla işləməsi əməliyyat xərcləri ilə bağlıdır. Demək əməliyyat xərcləri kifayət qədər şişirdilib. İnhisarçı bir şirkət olan və bazarda kifayət qədər heqemonluğa malik olan AZAL-ın ziyanla işləməsi demək olar ki, mümkün deyil. Çünki Azərbaycanda sərnişindaşımanın az qala 98 faizə yaxını AZAL vasitəsi ilə həyata keçirilir.

Hətta bir çox şirkətlərə də Azərbaycandan uçuş edərkən AZAL-la birlikdə fəaliyyət göstərməsi məcburiyyəti var. Yəni onların uçuşundan da AZAL pul qazanır. Bu da onu göstəriri ki, əməliyyat xərcləri, maya dəyəri kifayət qədər şişirdilib. Bunun araşdırılmasına ehtiyac var, çünki belə bir ziyanın ortaya çıxması mümkün deyil. İnhisarçı bir şirkət ziyanla işləyə bilməz.

Onu da qeyd edim ki, AZAL əməliyyat xərclərini özü qəsdən şişirdir ki, ziyanla işlədiyini və vergidən yayınmasını təmin etsin, dövlətdən əlavə dotasiyalar alsın. Necə ki, uzun illərdir AZAL dövlətdən daha çox dotasiya alan şirkətlərdən biridir.

Bütün bu hallara görə məzuliyyəti təbii ki, AZAL rəhbərliyi daşımalıdır. Zaman-zaman şirkətdə müstəqil audit aparılmalıdır və müstəqil auditin nəticələri ictimaiyyətə bildirilməlidir. Çünki AZAL dövlət şirkətidir. AZAL özəl şirkət deyil ki, kommersiya sirri olsun. AZAL rəhbərliyi ziyanlı işləmə görə birbaşa olaraq məsuliyyət daşıyır və bunun izahın verməlidir”.




17.379954814911