Xəzərdə iki avtomobil toqquşdu, xəsarət alan var

01:07 23-02-2021
|
67

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, aeroport yolunda iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Babayev Hüseynalı Əmrulla oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.