Azərbaycanda qadın narkotik istifadəçilərinin sayı AÇIQLANDI

15:42 22-02-2021
|
56

“Azərbaycanda qadın narkotik istifadəçilərinin sayı beş faiz təşkil edir”.
milletinsesi.info-ın məlumatına görə, bunu Respublika Narkoloji Mərkəzin şöbə müdiri Zamin Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda qadınlar arasında narkotik istifadəçiləri kişilərdən dəfələrlə azdır:
“Qadın narkotik istifadəçilərinin sayının az olması milli dəyərlərlə bağlıdır”.
O qeyd edib ki, narkotik asılılığından qurtulmaq istəyən şəxslər nə qədər tez həkimə müraciət edərsə, ona bir o qədər tez kömək etmək olar: “Tam sağalan insanlar var”.