Sürücü uçan masa ilə toqquşmadan sağ çıxdı - VİDEO

Sürücü uçan masa ilə toqquşmadan sağ çıxdı - VİDEO
02:35 28-01-2021 | icon 177

Avstraliyada qəribə yol nəqliyyat hadisəsi baş verib.

“Daily Mail” nəşrinin məlumatına görə, magistral yolda yüksək sürətlə hərəkət edən avtomobil uçan pinq-ponq masası ilə toqquşub.

Qəzadan salamat qurtulan sürücü avtoregistratorun videoqeydlərini sosial şəbəkələrdə paylaşıb.

Kadrlarda avtomobilin təqribən 100 km/saat sürətlə hərəkət etdiyi görünür. Gözlənilmədən qarşıdan gələn avtomobildən düşən pinq-ponq masası, uçaraq digər avtomobilin ön şüşəsinə çırpılır. Sürücü özünü itirməyərək avtomobili saxlamağa müvəffəq olur.