UEFA Avro-2020-nin 12 şəhərdə keçiriləcəyini təsdiqlədi

UEFA Avro-2020-nin 12 şəhərdə keçiriləcəyini təsdiqlədi
01:07 28-01-2021 | icon 109

Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) rəhbəri Aleksandr Çeferin Avropa çempionatını qəbul edəcək 12 şəhərin nümayəndələri ilə görüş keçirib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

UEFA rəhbəri Avro-2020-nin əvvəlcədən təsdiq olunmuş cədvəl üzrə keçiriləcəyini bildirib.

“Mən turnirin keçirilmə vaxtı yaxınlaşdıqca, dünyada koronavirusla bağlı vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümid edirəm. Odur ki, təşkilatçı şəhərlərə mümkün qədər çox vaxt vermək lazımdır. Azarkeşlər futbolu daha xüsusi edir. Biz onları stadioanlara qaytarmaq üçün əlimizdən gələni etməliyik”, - deyə A.Çeferin qeyd edib.

Xatırldaq ki, bir müddət öncə İsveçrə Futbol Federasiyasının sədri Dominik Blan Avro-2020-nin bir ölkədə keçirilməsini təfklif etmişdi.