Ramos karyerasını "PSJ"-də davam etdirə bilər

Ramos karyerasını "PSJ"-də davam etdirə bilər
12:49 26-01-2021 | icon 113

Madrid “Real”ının müdafiəçisi və kapitanı Serxio Ramos karyerasını “PSJ”də davam etdirə bilər.

Bu barədə “Onda Cero” nəşri məlumat verib. Məlumata görə, parislilər 34 yaşlı kapitana üç illik müqavilə təklif ediblər. Ramosa illik 15 milyon avro verilməsi nəzərdə tutulub.

Kral klubu məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, Ramosun “Real”la müqaviləsi cari il iyun ayının 30-da bitir. Madrid klubu kapitanına bir illik müqavilə və 10.8 milyon avro təklif edib. Bu isə Ramosun hazırkı 12 milyonluq əməkhaqqından 10 faiz azdır.

Kral klubu kapitanın məvacibinin azaldılmasını pandemiya ilə əlaqədar yaranmış maliyyə problemləri ilə əsaslandırıb.