Laçın polisi qanunsuz ov edən şəxsi saxladı

Laçın polisi qanunsuz ov edən şəxsi saxladı
12:00 26-01-2021 | icon 112

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsinin Boz qobu adlanan ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov etməkdə şübhəli bilinən İmişli rayon Muradxanlı kənd sakini Nəcməddin Hüseynov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Saxlanılan şəxsdən müvafiq sənədləri olmayan 2 ədəd 16 çaplı “Tula” markalı ov tüfəngi və ovladığı çöl quşları götürülüb.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.