Xırdalanda partlayış nəticəsində dağıntılar altında qalan azyaşlının meyiti tapıldı - FOTO/VİDEO

Xırdalanda partlayış nəticəsində dağıntılar altında qalan azyaşlının meyiti tapıldı - FOTO/VİDEO
10:42 26-01-2021 | icon 14161

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində axtarış-xilasetmə əməliyyatının davam etdirilməsi üçün Xüsusi Riskli Xilasetmə Xidmətinin 228 nəfər şəxsi heyəti iştirak edir. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmçinin əraziyə 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyət və 3 ədəd texnika cəlb olunub.

Bundan başqa, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində vəfat edən şəxsin kimliyi məlum olub.

milletinsesi.info-ın məlumatına görə, partlayış nəticəsində Musayeva Aytən dağıntılar altında qalaraq ölüb.

Hazırda dağıntılar altından qalan uşağın axtarışları davam etdirilir. Ehtimal edilir ki, həmin azyaşlı Musayeva Aytənin övladıdır.

Bundan başqa, Xırdalanda baş verən partlayış nəticəsində dağıntılar altında qalan azyaşlının meyiti çıxarılıb.

Dağıntılar altında qalan 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyiti çıxarılaraq, təcili tibbi yardım əməkdaşlarına təhvil verilib. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən daha bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Abşeron Mərkəzi Rayon Xəstəxanasının direktoru Mehriban Qaralova bildirib ki, ilkin məlumatlara əsasən, Xırdalanda baş vermiş hadisə nəticəsində altı nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdiriləndən biri uşaqdır.

Həmçinin, "Azəriqaz" İstehsalat Birliyi Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Qurumdan bildirilib ki, ərazidən Birliyin balansında olan hər hansı yeraltı qaz kəməri keçmir. Məlumata görə, fərdi yaşayış evinin daxilində baş verən partlayış müvafiq qurumlar tərəfindən araşdırılacaq. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. 

Xırdalanda ikimərtəbəli yaşayış evində baş vermiş partlayış qazın verilməsində hər hansı bir problemlə əlaqəli olmayıb.

“Gün ərzində “Azəriqaz”ın “104” qaynar xəttinə bu ərazidə qazın təzyiqi və ya dayanması ilə bağlı şikayət daxil olmayıb. Bu cür müraciətlər bizə daxil olan zaman onlar sistemdə qeyd olunur. Bunu istənilən aidiyyatı orqan yoxlaya bilər. Partlayış baş verən gün isə ərazidən bizə heç bir şikayət daxil olmayıb”, - bunu “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bildirib. 

O qeyd edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, yeraltı qazsızmalar “Azəriqaz”ın səlahiyyətindədir və bununla əlaqədar altı aydan bir baxış keçirilir:

“Azəriqaz” İB yalnız yeraltı qaz kəmərləri və sayğaca qədər olan kəmərlərin istismarından məsuliyət daşıyır. Sayğacdan sonra isə məsuliyyət “Azəriqaz”ın səlahiyyətində deyil. Xırdalanda hadisə baş verən ərazidə isə hər hansı bir yeraltı qaz kəməri də keçmir”.

Xırdalan şəhəri 27-ci məhəllədə fərdi yaşayış evində baş vermiş partlayışla bağlı hadisə şahidləri BAKU TV-yə danışıb. 

Onlar hadisənin dəqiq səbəbini bilməsələr də, qazdan olduğunu ehtimal ediblər.