Britaniyanın parlament binasında yanğın baş verib - VİDEO

Britaniyanın parlament binasında yanğın baş verib - VİDEO
19:07 24-01-2021 | icon 72

Londonda, Böyük Britaniyanın parlament iclaslarının keçirildiyi Vestminster sarayında yanğın baş verib.

Bu barədə “Daily Express” qəzeti məlumat verib. Məlumatda bildirilir ki, bazar günü sarayın yanğından mühafizə sisteminin siqnalları işə düşüb. Londonun rəmzi sayılan binanın üzərində qara tüstü buludları əmələ gəlib.

Yanğın yaxınlıqdan keçənlər tərəfindən smartfonlar vasitəsilə videoya çəkilib. Görüntülər dərhal sosial şəbəkələrdə yayılıb.

Yanğının səbəbləri haqqında hələlik məlumat yoxdur.