Nərimanov rayonunda qadın özünü hündürmərtəbəli binadan atdı

17:56 24-01-2021
|
93

Bakıda qadın intihar edib.
milletinsesi.info xəbər verir ki, hadisə Nərimanov rayonunda, Əliyar Əliyev 26 ünvanında baş verib.
Şahidlərin bildirdiyinə görə, həmin ünvanda yaşayan 30 yaşlı qadın özünü binadan atıb və yerindəcə həyatını itirib.
Hadisənin hansı səbəbdən baş verdiyi bəlli deyil.