Azərbaycanın I divizion klubu legioner transfer etdi

Azərbaycanın I divizion klubu legioner transfer etdi
17:35 23-01-2021 | icon 93

Mövsümün ikinci dövrəsinə hazırlığı davam etdirən “Kəpəz” heyətini üç futbolçu ilə gücləndirib.

milletinsesi.info xəbər verir ki, I divizion komandası müdafiəçilər – Hikmət Verdiyev, Nika Baçaliaşvili və yarımmüdafiəçi Samir Qurbanovu sıralarına qatıb.

Bu futbolçularla mövsümün sonuna qədər müqavilə bağlanıb.

Qeyd edək ki, “Kəpəz” Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Premyer Liqanın sonuncusu “Sabah”la qarşılaşacaq. Bu görüş yanvarın 25-də Masazır qəsəbəsində keçiriləcək.