Yaponiyada koronavirusa görə xəstəxanaya getməyənlərə qarşı cinayət işi açılacaq

Yaponiyada koronavirusa görə xəstəxanaya getməyənlərə qarşı cinayət işi açılacaq
16:14 23-01-2021 | icon 95

Yaponiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün qaydalara riayət etməyənlərə qarşı cəzaları sərtləşdirir.

Bu barədə yerli “Asahi” qəzeti məlumat verib.

Dəyişikliklərə əsasən, iş vaxtının azaldılmasını rədd edən restoranlar külli miqdarda cərimələnəcəklər.

Həmçinin koronavirus diaqnozu qoyulduqdan sonra xəstəxanada yatmaqdan imtina edən vətəndaşlar cinayət məsuliyyətinə cəlb olunacaq.

Qeyd edilir ki, ölkədə epidemioloji vəziyyət keçən ilin noyabrından bəri kəskin şəkildə pisləşməyə başlayıb. Dekabr ayından etibarən isə koronavirusa yoluxma hallarında və ölüm hadisələrində antirekordlar mütəmadi olaraq yenilənir.