Ana beş uşağını öldürüb, evi yandırdıqdan sonra intihar etdi

Ana beş uşağını öldürüb, evi yandırdıqdan sonra intihar etdi
01:56 23-01-2021 | icon 116

ABŞ-ın Qərbi Virciniya ştatında dekabrın əvvəlində yanmış evdə cəsədləri tapılan beş uşağın anaları tərəfindən öldürüldüyü üzə çıxıb.

Bu barədə WSAZ məlumat yayıb.

Hadisə 2020-ci ilin dekabrın 8-də baş verib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, 25 yaşlı Oreanna Mayers 1-7 yaşlı uşaqları öldürüb, evi yandırıb və sonra intihar edib.

Uşaqlardan üçü onun doğma övladı olub, digər ikisi isə övladlığa götürülüb.