Tramp prezidentlik müddəti bitən kimi qolf oynamağa getdi

Tramp prezidentlik müddəti bitən kimi qolf oynamağa getdi
01:14 23-01-2021 | icon 102

ABŞ-ın eks-prezidenti Donald Tramp səlahiyyət müddəti başa çatar-çatmaz floridadakı Mara Laqo iqamətgahına yollanıb.

“The Washington Examiner” yazır ki, o, evinə çatdıqdan bir müddüt sonra qolf meydançasına yollanıb. Belə ki, siyasətçi növbəti dəfə “Vest Palm Biç” qolf klubunda görünüb.

Qeyd edək ki, Floridada Trampı “Evinə xoş gəlmisən” şüarı ilə böyük izdiham qarşılayıb.

Prezidentliyi zamanı o, 261 dəfə qolf oynayıb. Onu tez-tez şəxsi qolf klublarda göründüyünə qədər tənqid edirdilər.