KİV: Azad Rəhimov komaya düşüb?

KİV: Azad Rəhimov komaya düşüb?
22:58 22-01-2021 | icon 211

Gənclər və İdman naziri Azad Rəhimov komaya düşüb.

MillətinSəsi.info xəbər verir ki, bu barədə "Unikal.org" xəbər yayıb. İddiaya görə, 4 aydır işə çıxmayan Azad Rəhimovun səhhətində ciddi problemlər yaranıb.

O, təcili ABŞ-a aparılıb, orada nazirə ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozu qoyulub. Cərrahi əməliyyat olunan Azad Rəhimovun vəziyyəti pisləşib və komaya düşüb.

Hazırda komada olan nazir ABŞ-da xəstəxanaların birindədir və 4 aydır ki, öz səlahiyyətlərini yerinə yetirə bilmir.

Gənclər və İdman naziri Azad Rəhimovun komaya düşməsilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu barədə Trend-ə Gənclər və İdman naziri Azad Rəhimovun ailəsindən bildiriblər.

Mənbə Unikal.org