Şəhid Vüsal Qənbərlinin ilk övladı dünyaya gəlib - FOTO

Şəhid Vüsal Qənbərlinin ilk övladı dünyaya gəlib - FOTO
21:07 22-01-2021 | icon 85

Vətən müharibəsi şəhidi Qənbərli Vüsal İlkin oğlunun ilk övladı dünyaya gəlib.

“Report”un Muğan bürosunun məlumatına görə, Vüsal Qənbərlinin arzusuna uyğun olaraq, övladına Rəsul adı qoyulub.

Qeyd edək ki, Vüsal Qənbərli 1995-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində doğulub.

Şəhidin nəşi dekabırın 20-də doğulduğu kənddə torpağa tapşırılıb.