Azərbaycanın ABŞ-dakı səfirliyindən pasportların etibarlılıq müddəti ilə əlaqədar MÜRACİƏT

Azərbaycanın ABŞ-dakı səfirliyindən pasportların etibarlılıq müddəti ilə əlaqədar MÜRACİƏT
10:21 22-01-2021 | icon 219

Azərbaycanın ABŞ-dakı səfirliyi xaricdə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.

milletinsesi.info səfirliyin “Twitter” səhifəsinə istinadən xəbər verir ki, müraciət 2020-ci ilin yanvarın 1-dən etibarlılıq müddəti bitmiş və ya sonra bitən pasportların etibarlılıq müddəti ilə əlaqədardır.

Səfirlik qeyd edir ki, etibarlıq müddəti bitmiş pasportlarla beynəlxalq sərhədləri keçmək mümkün deyil.

“Bunu nəzərə alaraq, Azərbaycana səfər edəcəyiniz halda, səfirlik vasitəsi ilə qayıdış şəhadətnaməsi üçün müraciət etməyiniz xahiş olunur”, - deyə Vaşinqtondakı səfirlik bildirib.  

Xatrladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2020-ci ilin yanvarın 1-dən etibarlılıq müddəti bitmiş və ya sonra bitən pasportların etibarlılıq müddəti bu ilin iyulun 1-dək uzadılmış hesab olunur.