Papa “Arsenal”dan getdi

Papa “Arsenal”dan getdi
23:00 20-01-2021 | icon 89

İngiltərənin “Arsenal” klubu yunanıstanlı futbolçu Sokratis Papastatopulosla müqaviləni qarşılıqlı razılıq əsasında pozub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yunanıstan klubunun mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında son qoyulub.

Qeyd edək ki, soyadı uzun olduğu üçün “Papa” kimi çağırılan 32 yaşlı futbolçu “Arsenal”a 2018-ci ildə Dortmund “Borusiya”sından keçib. O, London komandasında 69 oyuna çıxıb.

Səbuhi Musayev