Tramp Ağ evi tərk etdi - VİDEO

Tramp Ağ evi tərk etdi - VİDEO
18:00 20-01-2021 | icon 89

ABŞ-da yeni prezident Co Baydenin inauqurasiyasına bir neçə saat qalmış Donald Tramp Ağ evi tərk edib.

Bu barədə məlumatı  “Haber Global” yayıb.

Tramp və xanımı son dəfə Ağ evdən prezident və birinci xanım olaraq çıxdı. 

Xatırladaq ki, Co Bayden və köməkçisi Kamalla Harris bu gün Vaşinqtonda andiçmə mərasimdən sonra vəzifəsinin icrasına başlayacaq. 

Qeyd edək ki, Tramp cütlüyü birbaşa Floridadakı malikanəsinə gedəcək.