Cavad Zərif region ölkələrinə səfər edəcək

Cavad Zərif region ölkələrinə səfər edəcək
17:49 20-01-2021 | icon 89

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yaxın zamanlarda region ölkələrinə səfər edəcək.

Bu barədə “Fars” informasiya agentliyi məlumat yayıb.

“Zərif növbəti həftə Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstana səfər edəcək”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, diplomatın Türkiyəyə səfəri barədə də danışıqlar gedir. Lakin hələ ki, dəqiq tarix müəyyən olunmayıb.