“Fənərbaxça” Azarı icarəyə götürmək istəyir

“Fənərbaxça” Azarı icarəyə götürmək istəyir
15:49 18-01-2021 | icon 93

“Fənərbaxça” Madrid “Real”ının yarımmüdafiəçisi Eden Azar ilə maraqlanır. Türkiyə klubu belçikalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürmə təklifini ispan klubuna təqdim etməyi düşünür. Futbol mütəxəssisləri bildirirlər ki, Madrid klubunun belə bir təkliflə razılaşması çətin görünür.

Azarın son nəticələrinə gəlincə, cari mövsüm yarımmüdafiəçi La Liqada altı oyun keçirib və bir qol vurub.

Xatırladaq ki, bugünlərdə “Fənərbaxça” “Arsenal”dan yarımmüdafiəçi Məsut Özili əldə edib.