Prokurorluq İT menecer, Sistem administratoru və Mühəndis-proqramçıları işə dəvət edir

Prokurorluq İT menecer, Sistem administratoru və Mühəndis-proqramçıları işə dəvət edir
15:42 18-01-2021 | icon 84

Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinə İT menecer, Sistem administratoru və Mühəndis-proqramçı qəbulu elan edilir.

Prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması məqsədilə Baş Prokurorluğun yeni strukturu təsdiq edilmiş, mahiyyətcə daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr, o cümlədən Kriminalistika və informasiya texnologiyaları idarəsi yaradılmışdır.  

Proqramlaşdırma və funksional proqram təminatının inkişaf etdirilməsi, tətbiqi, informasiya sisteminin və texnika-informasiya infrastrukturunun təkmilləşdirilməsi və fasiləsiz işin təmin edilməsi, serverlərin idarə edilməsi, informasiya sistemlərinin və məlumat bazalarının qurulmasının təşkil edilməsi məqsədilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə İT menecer, Sistem administratoru və Mühəndis-proqramçı ixtisasları üzrə işçi tələb olunur.

İşə qəbulla əlaqədar namizədlər CV formalarını Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin [email protected] elektron poçt ünvanına göndərə bilərlər.