Qarabağda Azərbaycanın televiziya proqramlarının yayımı bərpa olunub

Qarabağda Azərbaycanın televiziya proqramlarının yayımı bərpa olunub
15:28 18-01-2021 | icon 93

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə yeni TV və FM radio yayım stansiyalarının quraşdırılması, ümumölkə yerüstü TV və radio yayım şəbəkəsinin tamamlanması üçün əhatə zonaları çıxarılıb.

Bu barədə Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, Şuşa, Hadrut, Cəbrayıl, Laçın və Kəlbəcər radio-televiziya yayım stansiyalarında istismar olunacaq TV və FM radiovericilərinin gücləri hesablanıb.

Aparılmış işlərin nəticəsi olaraq Şuranın 29 dekabr 2020-ci il tarixli qərarları ilə Qarabağ zonasında açıq (sosial) paketdə olan televiziya proqramlarının və üç ümumölkə radio kanalının yayımı təmin olunub.