Bundesliqada heç-heçələr günü – GECƏNİN NƏTİCƏLƏRİ

Bundesliqada heç-heçələr günü – GECƏNİN NƏTİCƏLƏRİ
01:28 17-01-2021 | icon 109

Almaniya Bundesliqasında XVI turun daha 6 görüşü baş tutub.

Oyun gününün əsas özəlliyi keçirilmiş altı qarşılaşmadan beşinin heç-heçə başa çatmasıdır.

Yuxarı pillələrdə qərarlaşmış komandalardan “Leypsiq”lə Dortmund “Borussiya”sı qələbəyə həsrət qalıb.

Dortmudlular iki penalty zərbəsini boşa verərək “Maytns”la sülhə imza atıb.  

“Leypsiq” “Volfsburq” qarşısında 1 xala qane olub.

“Köln” “Herta”, “Hoffenhaym” isə “Arminiya” ilə ev görüşündə qolsuz heç-heçəylə kifayətlənib. “Ştutqart”ın qonağı olan Mönhenqladbax “Borussiya”sı qələbəni sonda əldən verib.

Yalnız “Verder” günü 3 xalla başa vurub. “Auqsburq”u yenən bremenlilər təhlükəli zonadan uzaqlaşıb.

Qeyd edək ki, tura yanvarın 17-də yekun vurulacaq.

Almaniya Bundesliqası
XVI tur
16 yanvar

“Köln” – “Herta” – 0:0

“Borussiya” D – “Mayns” – 1:1
Qollar:
Munye, 73 – Öztunalı, 57

“Hoffenhaym” – “Arminiya” – 0:0

“Verder” – “Auqsburq” – 2:0
Qollar:
Selassi, 84, Aqu, 87

“Volfsburq” – “Leypsiq” – 2:2
Qollar:
Veqhorst, 22, Ştefen, 35 – Mukiele, 5, Orban, 54

“Ştutqart” – “Borussiya” M – 2:2
Qollar:
Qonzales, 58, Fundu, 90+6 (pen.) - Ştindl, 35 (pen.), Zakaria, 61

Zaur Xudiyev