BMT-dən bədbin proqnoz: Dünyanın pandemiyadan əvvəlki vəziyyətə qayıtmaq ehtimalı çox aşağıdır

BMT-dən bədbin proqnoz: Dünyanın pandemiyadan əvvəlki vəziyyətə qayıtmaq ehtimalı çox aşağıdır
21:42 15-01-2021 | icon 84

Dünyanın koronavirus pandemiyasından əvvəlki vəziyyətə qayıda biləcəyi ehtimalı çox aşağıdır.

TASS agentliyi xəbər verir ki, bu sözləri BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya deyib.

“Əsas sual yeni vəziyyətin necə olacağıdır. Milliyətçilik, iqtisadi və sosial məsələlərdə yerli imkanlara arxalanmaq meyli, yoxsa əməkdaşlıq və inteqrasiya meyli üstün gələcək? Tarixdən görürük ki, böyük təhlükələrdən sonra bəşəriyyət həmişə doğru qərarlar verib. BMT və ya Avropa iqtisadi qurumlarının yaradılmasını buna misal göstərmək olar. Yəni qarşıda ümumi düşmən görəndə insanlar birləşməyə razı olur”, - deyə BMT rəsmisi vurğulayıb.