Koronavirusa yoluxanlar da peyvənd edilməlidir?

Koronavirusa yoluxanlar da peyvənd edilməlidir?
00:42 02-12-2020 | icon 89

Koronavirusa yoluxanların peyvənd edilib-edilməməsi hazırda insanları ən çox maraqlandıran suallardan biridir.

Türkiyəli həkim Fatih Çiftçi “Yeni Şafak”a açıqlamasında bu məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, koronavirusa yoluxanlar da peyvənd edilməlidir.

“Koronavirusun bir növü yoxdur. Bir dəfə yoluxanlar xəstəliyi ikinci dəfə keçirə bilərlər. Koronavirusdan sağalanlarda antikor neqativliyi ilə rastlaşırıq. Bu, onların yenidən koronavirusa yoluxa biləcəyini göstərir”, - dosent bildirib.

O, qeyd edib ki, peyvəndləmədə ilk növbədə səhiyyə işçiləri və xroniki xəstələr prioritet olacaq.