Gəncədə zəncirvari yol qəzası baş verib

23:35 01-12-2020
|
198

Gəncədə yol-nəqliyyat hadisə baş verib
APA-nın məlumatına görə, hadisə şəhərin Bağmanlar küçəsi ilə Gəncəvi küçəsinin kəsişməsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 21099” markalı minik maşını ilə iki “Mercedes” markalı minik maşını toqquşub. Qəza zamanı bir nəfər yüngül xəsarət alıb. Avtomobillər yararsız hala düşüb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.