Ayrı-ayrı ərazilərin işğaldan azad olunmasına görə medalların Əsasnamələri qəbul edildi

Ayrı-ayrı ərazilərin işğaldan azad olunmasına görə medalların Əsasnamələri qəbul edildi
20:35 01-12-2020 | icon 123

Prezident İlham Əliyev “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamələri təsdiqləyib.

Əsasnamələrə görə, medallar ilə həmin ərazilərin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.